Title of article :
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri
Author/Authors :
Əsgərova ، Kəmalə İslam araşdırmaları fakültəsi - Əl-Mustafa Virtual Universiteti
From page :
139
To page :
164
Abstract :
İnternet artıq həyatımızın vazgeçilməz halına gəlib. Özünü tək hissedən bir çox insan çarəni virtual mühitdə axtarır. Ancaq mütəxəssislər internet asılılğının ictimai həyatdan qopmasına səbəb olduğunu bildirir. Dostluq saytları, əyləncə saytları, oyunlar və s. Artıq bir çox insan vaxtının böyük hissəsini kompüter qarşısında keçirir. İnternet vasitəsilə olan evliliklərdə aldatmalara teztez rast gəlinir. Belə ki, artıq bir çox evli cütlüklərin eyni evdə iki kompüteri var. Qadın ayrı bir kompüter, kişi ayrı bir kompüterdə virtual mühitdə vaxt keçirir. Yaxud mobil versiyalar ilə internetə bağlanmalar daha sürətli və asan olub. Amma diqqət etmək lazımdır ki, virtual aləmdən istifadə düzgün və müsbət yönə yönləndirilə bilər. Bu sahədə, dini təhsilin öz güclü rolu var. Ali İmran surəsində buyurulduğu kimi, dini qorumaq və islam maarifini yaymaq üçün “sürətli atlardan” istifadə etməyin əhəmiyyətini vurğulamaqla, Quranikərim bir növ, sanki, bu günümüzdəki sürətli və daha üstün olan media vasitələrindən bəhrələnərək, dini maarifin yayılmasına diqqət çəkir. Belə ki, virtual təhsil və maarifləndirmə vasitəsilə, istər elmi cəhətdən, istər əxlaqi aspekdən və istərsə də ailələlərin möhkənlənməsindəki fikrimənəvi yönləndirməqidalandırma baxımından yüksək rol oynaya bilər. Bu haqda məqalədə geniş məlumat və araşdırma verilib.
Keywords :
Əxlaqının , Tələbənin , Sosial Mediya , Həyatına Təsirləri
Journal title :
Journal of Pure Life
Journal title :
Journal of Pure Life
Record number :
2625869
Link To Document :
بازگشت