شماره ركورد كنفرانس :
5525
عنوان مقاله :
Mövlanə Cəlaləddin Rumi şəxsiyyətinin Azərbaycanda öyrənilməsinə dair
پديدآورندگان :
Məmmədzadə Cavanşir BakI Dövlət Universiteti
تعداد صفحه :
7
كليدواژه :
Mövlanə Cəlaləddin Rumi , şəxsiyyət , Azərbaycan
سال انتشار :
1400
عنوان كنفرانس :
چهارمين همايش بين المللي يگانگي و بيگانگي در انديشه عرفاني مولانا
چكيده فارسي :
Təsəvvüf tarixinin ən parlaq simalarından biri Mövlana Cəlaləddin Rumi yetkin sənət nümunələri, kamil ədəbi və fəlsəfi görüşləri ilə öz adını və imzasını əbədiyaşar şəxsiyyətlər sırasına həkk edə bilmişdir. O, öz işıqlı yaradıcılığı ilə sufizm tarixində dərin izlər qoymuş, islamın və multikultural dəyərlərin təbliğində böyük rol oynamışdır. Mövlana həyat tərzi, davranışı və qələmi ilə islam təsəvvüfünün nəzəri və təcrübi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir. O, bunu bir neçə yolla həyata keçirmişdir. İlk növbədə islam təsəvvüfünün nəzəri əsaslarını Allahın buyurduqlarından, Həzrət Məhəmmədin (s.) kəlam və hədislərindən, görkəmli dini şəxsiyyətlərin və imamların moizələrindən, dini hekayə və rəvayətlərdən qaynaqlanan əsərlərində və nitqlərində sərgiləmiş, vəsf etdiyi həqiqətləri isə praktikada öz həyat tərzi və rəftarı ilə nümayiş etdirmişdir. Eyni zamanda sadə və axıcı dilə malik, fəsahət və bəlağət dolu şeirlərini ilahi eşqin tərənnüm vasitəsinə çevirmişdir. Mövlana Cəlaləddin Rumi fəlsəfəsinin və bədiiyyatının cövhərini təmənnasız və saf eşqin və kamil insanın vəsfi təşkil edir. Eşq şairin yaradıcılığında çoxşaxəli planda əksini tapmış, bəşəri və ilahi təmayüllər qazanmışdır. İlahi eşqə varmaq və ona təslimçilik həqiqət yolunun bələdçiləri üçün ən böyük uğur sayılır. Ruminin şeirləri ilahi aləmlə dünya arasında bir körpü yaradır.
كشور :
ايران
لينک به اين مدرک :
بازگشت